İcra başçısının toyunda kimlər iştirak edəcək? 

saytların hazırlanması

Evə çatdırılma

İcra başçısının toyunda kimlər iştirak edəcək? 

Sosial

28 Fevral 2024 14:49 5304


Xəbər verdiyimiz kimi, Ağstafa rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov ikinci dəfə ailə həyatı qurur. 40 yaşlı icra başçısı Alidə Mustafayeva adlı teleaparıcı ilə izdivaca girir. Cütlüyün toyu bu gün Bakıdakı dəbdəbəli restoranların birində baş tutacaq. 

Yenisabah.az-ın əldə etdiyi məlumata görə, mərasimdə məhdud sayda qonağın iştirakı nəzərdə tutulub. Bəylə gəlini təbrik etməyə gələnlərin böyük əksəriyyəti qız evinin adamları olacaq. Bəy tərəfdən çox az sayda qonağın iştirakı gözlənilir. Seymur Orucov toya heç bir icra başçısını dəvət etməyib. Hətta rəhbərlik etdiyi rayonun vəzifəli şəxslərinin də toyda iştirakı məqbul görülməyib. Bəy tərəfdən toyda 5-6 yaxın qohumun və 3-4 dostun iştirak edəcəyi bildirilir. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!