İcra Hakimiyyəti 1 milyonluq tenderlə bağlı açıqlama yaydı

saytların hazırlanması

Evə çatdırılma

İcra Hakimiyyəti 1 milyonluq tenderlə bağlı açıqlama yaydı

Rəsmi

04 Sentyabr 2019 13:21 1357


Beyləqan rayon İcra hakimiyyəti 1 milyonluq tenderlə bağlı açıqlama yayıb.

İH-dən Yenisabah.az-a daxil olan açıqlamada bildirilir ki, “İcra hakimiyyəti heç kimin tanımadığı “Vaqif”ə 1,0 milyon  manat  verir” başlıqlı xəbər həqiqətə uyğun deyil, böhtan xarakterlidir.

“Dərc olunan materialların saxta olduğunu bildiririk və dərin təəssüf hissi keçiririk. Pepperoni pizza

Məlumat üçün bildiririk ki, abadlıq və quruculuq işlərinin davam etdirilməsi üçün  08 avqust 2019-cu il tarixdə açıq tender keçirilmiş, “Vaqif” firması keçirilmiş tenderin qalibi elan olunmuşdur. Bildirik ki, tenderin qalibi “Vaqif” firması 1997-ci ildən təsis edilərək fəaliyyət göstərir. Firma Bakı şəhərində və regionlarda bir çox əhəmiyyətli abadlıq quruculuq sahəsində keyfiyyətli işlər görmüşdür. Hazırda həmin firma Beyləqan şəhərində davamlı olaraq aparılan abadlıq-quruculuq işlərini həyata keçirir”


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!