İcra Hakimiyyəti bu işləri Murad Dadaşovun şirkətinə həvalə etdi -   175 minlik müqavilə

saytların hazırlanması

Evə çatdırılma

İcra Hakimiyyəti bu işləri Murad Dadaşovun şirkətinə həvalə etdi - 175 minlik müqavilə

Şou

25 Dekabr 2019 11:19 1198


“M Group Production” MMC Bakının park və meydanlarında, uşaq bağçaları-körpələr evində Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə bayram tədbirləri keçirəcək.

“Yeni Sabah” xəbər verir ki, Şoumen Murad Dadaşova məxsus bu şirkət Yeni il bayramı üçün Bakının uşaq bağçaları və körpələr evini bəzəyəcək.

Bakı şəhəri İcra Hakimiyyəti “Yaşıl teatr” Bakı konsert kompleksinin timsalında onun şirkəti ilə 175 min 973 manat məbləğində (105,5 min dollar) müqavilə imzalayıb.  pizza sifarişi

Müqavilə "31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni 2020-ci il münasibəti ilə Bakı şəhərinin park və meydanlarında, körpələr evi-uşaq bağçalarında tədbirlərin keçirilməsi, körpələr evi-uşaq bağçalarının bayrama uyğun bəzədilməsi işlərinin satınalınması"nın nəzərdə tutur./Marja

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!