Abşeron rayon İcra Hakimiyyəti rayon sakini Məhəmmədəli Məmmədovun icra başçısı ilə bağlı ölkə prezidentinə etdiyi müraciətdə səsləndirdiyi ittihamlara cavab verib.
İH-dən “Yeni Sabah”a daxil olan açıqlamada bildirilir ki, Mehdiabad bələdiyyəsi ərazisində yerləşən “Qarant Serviz” yaşayış kompleksinin yerləşdiyi torpaq sahəsi Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə aid deyil. Bu faktı QMKİDK öz arayışı ilə də təsdiq edib.
“Qeyd edək ki, vətəndaş Əfsanə İmranova Oruc qızı 1-ci qrup Qarabağ müharibəsi əlili İmranova Ramil İmran oğlunun həyat yoldaşı olmaqla onun adından aidiyyatı dövlət orqanlarına etdiyi müraciətdən sonra istifadəsində olan torpaq sahəsində sahibkarlıq məqsədi ilə tikinti-quraşdırma işləri aparıb. pizza hut
Məmmədov Məhəmmədəli Mustafa oğlu Abşeron Rayon İcra Hakimiyyətinin heç bir hüquqi sənədi olmadan həmin ərazidə istismara yararlı olmayan avadanlıqlarla sahibkarlıq məqsədi ilə uşaq-əyləncə guşəsi yaradıb. Bundan sonra sözügedən iki vətəndaş arasında mübahisə yaranıb.
İmranova Əfsanə Oruc qızı iddia ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində yerləşən Abşeron rayon İcra Hakimiyyətinin Başçısının 29.12.2017-ci il tarixli sərəncamı ilə onun istifadəsinə verilmiş 0.0080 ha torpaq sahəsində cavabdehlər “Qarant Servis” MTK və Məmmədov Məhəmmədəli Mustafa oğlu tərəfindən yerləşdirilmiş dəmir qarajın cavabdehin vəsaiti hesabına sökülməsi və həmin torpaq sahəsinin cavabdehlər tərəfindən boşaldılaraq ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. Sumqayıt Apelyasiya Məhkəməsinin 10 iyun 2019-cu il tarixli qətnaməsi ilə iddiaçı Əfsanə İmranova Oruc qızının iddia tələbi təmin edib.
Odur ki, vətəndaşın iddiasının hüquqi əsasının olmadığını diqqətinizə çatdırırıq”.
M. Məmmədovun sözügedən iddiası ilə BU LİNK-də tanış ola bilərsiniz.
Telegram kanalımız