İcra Hakimiyyətindən “aftafa” açıqlaması

saytların hazırlanması

Evə çatdırılma

İcra Hakimiyyətindən “aftafa” açıqlaması

Rəsmi

29 İyul 2019 16:51 2010


Göyçay rayonunda xidmətçilərin aftafa ilə ağac suvarması sosial şəbəkələrdə qalmaqal yaratdı.

“Yeni Sabah” xəbər verir ki, Göyçay rayonunun mərkəzində, İcra hakimiyyətinin yaxınlığında yerləşdiyi iddia olunan parkda xidmətçilərin aftafa ilə ağacları suvarması narazılıq yaradıb. Belə ki, kənardan bu mənzərədəni lentə alan vətəndaş onları sərt şəkildə tənqid edərək bildirib ki, texnikalar olduğu halda, 21-ci əsrdə ağaclar aftafa ilə suvarılır.

Bu görüntülər isə sosial şəbəkələrdə minlərlə insan tərəfindən izləndi və yerli icra hakimiyyəti sərt şəkildə tənqidlərə məruz qaldı. Pepperoni pizza

Məsələ ilə bağlı Bizimyol.info-ya açıqlama verən Göyçay rayon İcra hakimiyyətinin başçısının şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi Rəşad Şükürov bildirib ki, həmin görüntülərdə əks olunan qab aftafa deyil:

“Həmin qab aftafa deyil. Suvarma üçün nəzərdə tutulmuş qabdır. İcra hakimiyyətinin hər cür texnikası var. Hər cür imkanları var. Sadəcə olaraq kiçik ağacları su maşınları ilə suvaran zaman onların dibi yuyulur, bəzən qopur. Ona görə də bu qablar vasitəsilə suvarılır”.

Yayılan həmin görüntünü oxucularımıza təqdim edirik:


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!