İcra Hakimiyyətindən yağış açıqlaması:  “Paytaxtda ciddi problem yoxdur“

saytların hazırlanması

Evə çatdırılma

İcra Hakimiyyətindən yağış açıqlaması: “Paytaxtda ciddi problem yoxdur“

Sosial

09 Avqust 2019 10:42 824


Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) paytaxta yağan intensiv yağışdan sonra yollarda, keçidlərdə hərəkətin iflic olması barədə iddialara münasibət bildirib.

"Yeni Sabah" xəbər verir ki, BŞİH-in mətbuat xidmətinin rəhbəri İsrafil Kərimov Oxu.Az-a açıqlamasında bildirib ki, hazırda paytaxtda ciddi problem yoxdur:

“Bakıda yağışdan sonra ciddi bir problem qeydə alınmayıb. Texniki, təsərrüfat xidmətləri adi iş rejimində işləyirlər”. pizza

Badamdarda sürüşmə ərazisindən 20-ci sahəyə düşən yolun bağlı olmasının səbəbinə gəlincə, İ.Kərimov bildirib ki, həmin ərazi çoxdan bağlıdır:

“Həmin yol sürüşmə ilə əlaqədar olaraq bir ilə yaxındır bağlıdır və bu yaxınlarda açılışı nəzərdə tutulmur”.

Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən günün ikinci yarısından yağışın kəsiləcəyi bildirilib.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!