İcra hakimiyyətinin işçiləri vətəndaşın başına belə oyun açdı - Video

saytların hazırlanması

Evə çatdırılma

İcra hakimiyyətinin işçiləri vətəndaşın başına belə oyun açdı - Video

Sosial

07 Oktyabr 2019 13:20 1005


Küçədə meyvə satan şəxsə maddi ziyan vuran icra hakimiyyəti əməkdaşları barədə Avtosfer.az redaksina şikayət daxil olub.

“Yeni Sabah” xəbər verir ki, məlumat verən şəxsin sözlərinə görə, Hövsan qəsəbəsində küçədə meyvə satan zaman altı nəfər ona yaxınlaşaraq meyvə satmasına mane olub. Onlar özlərini Suraxanı Rayon İcra Hakimiyyətinin əməkdaşları kimi təqdim edərək burada meyvə-tərəvəz satılmasının qadağan olduğunu bildiriblər.

Qeyd etdiyimiz şəxslərdən biri sonradan idarə etdiyi 99-SD-897 qeydiyyat nişanlı “Mitsubishi Pajero” markalı avtomobillə həmin meyvə yeşiklərini vuraraq yola aşırıb. Nəticədə, satıcıya maddi ziyan dəyib.  pizza hut

Onlar meyvə yeşiklərini vurub aşırdıqdan sonra hadisə yerindən uzaqlaşıblar.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!