Ağsu rayonunun Bico kənd icra nümayəndəsi Bəhlul Mahmudov 87 saylı Ağsu-İsmayıllı seçki dairəsindən deputatlığa namizəd Ayaz Qocamanovun 48 saylı Bico kənd seçki məntəqəsində müşahidə aparacaq nümayəndəsi Emil Eminova təzyiqlər göstərir.
Bu barədə Yenisabah.az-a Ayaz Qocamanovun seçki qərargahından məlumat verilib. Məlumatda deyilir ki, Bəhlul Mahmudov müşahidəçi Emil Eminovun atasına bildirib ki, oğlunu oğlunu müşahidəçi olduğuna görə tutacaqlar. İcra nümayəndəsi bu hədəni Ağsu rayonun icra başçısının adından edib. Bəhlul Mahmudov iddia edib ki, icra hakimiyyətində bütün müşahidəçilərlə, onların valideynləri, yaxınları ilə ciddi maraqlanırlar.
Məlumatda qeyd edilir ki, əslində bu, icra nümayəndəsinin özfəaliyyətidir. pizza
Telegram kanalımız