İki bələdiyyə sədri istefa verdi

saytların hazırlanması

Evə çatdırılma

İki bələdiyyə sədri istefa verdi

Sosial

21 Fevral 2019 22:50 949


Bakıda iki bələdiyyə sədri vəzifəsindən istefa verib.

Bunlardan biri Səbail rayon bələdiyyəsinin sədri Firdovsi Cəbrayılovdur. F.Cəbrayılov öz ərizəsilə tutduğu vəzifədən ayrılıb.

Sədr vəzifəsi bələdiyyənin üzvü Səmədağa Aslanova həvalə olunub. S.Aslanov əvvəllər Səbail rayon Mənzil-Kommunal Təsərrüfat Birliyinin sədri vəzifəsində çalışıb.  Dördpendirli pizza

Digər sədr dəyişikliyi isə Badamdar bələdiyyəsində qeydə alınıb. Sədr Həbib Əsədov vəzifəsindən azad olunub. Onu bu vəzifədə Təzəxan Astanov əvəzləyib.

Qeyd edək ki, hər iki şəxs 2009-2015-ci illərdə isə Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinin başçısı olmuş Asif Əsgərovun vaxtında sədr vəzifəsinə təyin olunubmuş. İcra Hakimiyyəti rəhbərliyindəki dəyişiklik onların da vəzifələrini itirməsinə səbəb olub.

Modern.az

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!