İki gündə yol qəzalarında 3 nəfər ölüb

saytların hazırlanması

Evə çatdırılma

İki gündə yol qəzalarında 3 nəfər ölüb

Kriminal

04 Mart 2019 14:58 846


Ötən iki ərzində daxili işlər orqanlarında qeydə alınan cinayət və hadisələr haqqında statistik məlumatlar açıqlanıb. 

DİN-in Mətbuat xidmətindən "Yeni Sabah"a verilən məlumata görə, respublikanın daxili işlər orqanları tərəfindən 2 gün ərzində 48 cinayətin üstü “isti izlər”lə açılıb. Əvvəlki dövrlərdən bağlı qalmış 17 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 22 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 1 nəfər, borclu şəxs qismində axtarışda olan 6 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Respublikanın avtomobil yollarında 6 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 3 nəfər ölüb, 4 nəfər xəsarət alıb. pizza mizza

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 28, qanunsuz saxlanılan silah-sursatla bağlı 3 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 62 nəfər saxlanılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!