İki icra başçısı deputat oldu 

saytların hazırlanması

Evə çatdırılma

İki icra başçısı deputat oldu 

Siyasət

02 Sentyabr 2024 09:00 604


Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyası növbədənkənar parlament seçkilərinin ilkin nəticələrini ictimaiyyətə təqdim edib. 

Bakupost.az xəbər verir ki, 125 seçki dairəsi üzrə mübarizə aparan namizədlərdən indiki və keçmiş icra başçısı da bütün rəqiblərini üstələyir. 

Belə ki, 112 saylı Zaqatala seçki dairəsindən Asif Əsgərov 80 faiz səslə öndədir. O, 2006-2009-cu illərdə Zaqatala rayonun, 2009-2015-ci illərdə Səbail Rayon İcra Hakimiyyətinin, 2015-ci ildən indiyə kimi Nəsimi Rayon İcra Hakimiyyətinin başçısıdır.  pizza

Namizədliyi 117 saylı Oğuz-Qəbələ seçki dairəsindən irəli sürülən Eyvaz Qurbanov isə 59.9 faiz səslə irəlidədir. O uzun müddət Oğuz rayonuna rəhbərlik edib. 2011-ci ildən 2024-cü ilin iyul ayına qədər Oğuz Rayon İcra Hakimiyyətinin başçısı kimi çalışıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!