“İlanlı qız” polis tərəfindən saxlanılıb   psixiatriya xəstəxanasına yerləşdirildi

saytların hazırlanması

Evə çatdırılma

“İlanlı qız” polis tərəfindən saxlanılıb psixiatriya xəstəxanasına yerləşdirildi

Kriminal

02 Avqust 2026 15:22 303


Sosial şəbəkələrdə “İlanlı qız” kimi tanınan tiktoker-müğənni Günəş polis əməkdaşları tərəfindən saxlanılıb.

“Yeni Sabah”  “Patrul.az”a istinadən xəbər verir ki, onun son dövrlər sosial şəbəkələrdə nümayiş etdirdiyi qeyri-adekvat davranışlar, eləcə də açıq-saçıq geyimlərlə paylaşdığı görüntülər və davranışları ilə bağlı araşdırma aparılıb.

Bu araşdırmalar çərçivəsində o, müayinədən keçirilməsi və sağlamlıq vəziyyətinin qiymətləndirilməsi məqsədilə psixiatriya xəstəxanalarından birinə yerləşdirilib. Toyuqlu pizza

Qeyd edək ki, sözügedən şəxsin sosial şəbəkələrdə paylaşdığı görüntülər son dövrlər geniş ictimai müzakirələrə səbəb olub. Bir sıra sosial media istifadəçiləri onun nümayiş etdirdiyi qeyri-adekvat hərəkətləri, eləcə də açıq-saçıq geyimlərlə paylaşdığı və qeyri-əxlaqi hesab etdikləri davranışları tənqid edərək narazılıqlarını ifadə ediblər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!