“İlin icra başçısı”ndan açıqlama: “Canilərə qarşı...”

saytların hazırlanması

Evə çatdırılma

“İlin icra başçısı”ndan açıqlama: “Canilərə qarşı...”

Siyasət

20 Dekabr 2019 15:29 5989


Ötən gün Ağstafa rayonunun icra başçısı Nizaməddin Quliyev, onun birinci müavini Ramiz Tatarov, daha sonra isə Yevlax rayonunun sabiq icra başçısı Qoca Səmədov korrupsiya hallarına yol verdiklərinə görə həbs ediliblər.

Hər üç şəxsin saxlanılması xəbərləri mətbuatda müzakirələrə səbəb oldu.

“Yeni Sabah” xəbər verir ki, məsələ ilə bağlı Bizimyol.info bu il qeyri-hökumət təşklilatı tərəfindən “İlin icra başçısı” nominasiyası üzrə diplomla təltif olunan Ağdam rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənovdan açıqlama alıb. Dördpendirli pizza

“Aydındır ki, həbs olunan icra başçıları cinayətkardırlar. Cinayətkarlara da qarşı mənim münasibətim çox pisdir. Cinayətlər etmək olmaz. Cənab Prezidentin bugünki gündə icra başçılarına yaratdığı şəraitdən sui-istifadə edən hər bir insan canidir. Canilərə qarşı da mənim münasibətim pisdir”,-deyə V.Həsənov bildirib.

İcra başçısı rəhbərlik etdiyi rayonda belə bir halı olmadığını və olmayacağını vurğulayıb. Qeyd edək ki, dekabrın 18-i Ağstafa icra başçısı Nizaməddin Quliyev, müavini Ramiz Tatarov və Yevlaxın sabiq başçısı Qoca Səmədov saxlanılıb. Onlar vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, külli miqdarda təkrar rüşvət alma, mənimsəmə və digər faktlara görə Dövlət Təhlükəsizliyi Xidmətində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanılmış cinayət işləri üzrə şübhəli şəxs qismində saxlanılıblar.

Hazırda iş üzrə cinayətin digər iştirakçılarının müəyyənləşdirilərək istintaqa cəlb olunması istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!