İlkin Həsəni də işdən çıxarılıb? - ATV-dən açıqlama

saytların hazırlanması

Evə çatdırılma

İlkin Həsəni də işdən çıxarılıb? - ATV-dən açıqlama

Şou

17 Fevral 2020 19:02 7308


Bu gün sosial şəbəkələrdə tanınmış teleaparıcı İlkin Həsəninin ATV-dən çıxarılması haqda məlumat paylaşılıb. "Yeni Sabah" xəbər verir ki, yayılan məlumatda onun sosial şəbəkədə 9 fevral seçkiləri ilə bağlı yazdığı statusa görə telekanal tərəfindən cəzalandırıldığı iddia edilib. AZXEBER.COM məsələni dəqiqləşdirmək üçün ATV telekanalı ilə əlaqə saxlayıb. Telekanaldan bildirilib ki, yayılan məlumatlar həqiqəti əks etdirmir: "Bunlar tamamilə yalan məlumatdır. İlkin Həsəni öz işindədir. Onun layihə rəhbəri olduğu "Buğlama" şousu da yayımını davam etdirir. Onu da qeyd edək ki, "Buğlama" production layihəsidir". Xatırladaq ki, İlkin Həsəni seçkilərdən sonra saxtakarlıq edən şəxslər haqda sosial şəbəkədə sərt fikirlər səsləndirmişdi.
Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!