Müğənni Afət Fərmanqızı və Vəfa Şərifova arasında uzun illərdir davam edən qarşıdurma və qarşılıqlı ittihamlar Azərbaycan şou-biznesinin ən çox müzakirə olunan qalmaqallarından birinə çevrilib.
"Yeni Sabah" xəbər verir ki, Afət Fərmanqızı Vəfa Şərifova və qardaşı Rəşad Şərifovun onun barəsində Tovuz Rayon Məhkəməsinə xüsusi ittiham qaydasında şikayət etdiklərini açıqlayıb:
“Dəyərli dostlar, bu səhəri xoş xəbərlə açdım. Vəfa Şərifova və qardaşı Rəşad Şərifov barəmdə Tovuz Rayon Məhkəməsinə xüsusi ittiham qaydasında şikayət vermişdilər. Lakin məhkəmə onların şikayətini təmin etmədi və rədd etdi. Bu işdə peşəkar hüquqi dəstəyinə görə vəkilim, dəyərli el oğlum Rəşad Abdullayevə dərin təşəkkürümü bildirirəm. Marqarita pizza
Əziz dostlar, məni bu qələbə münasibətilə təbrik edə bilərsiniz. Sonda isə bir daha qeyd etmək istəyirəm: yaşasın güclü Azərbaycan, yaşasın güclü məhkəmə-hüquq sistemi!”
Əsmətxanım Rzazadə
Telegram kanalımız