İmtahanda maksimum nəticə: Ölkə birincisinin adı   AÇIQLANDI

saytların hazırlanması

Evə çatdırılma

İmtahanda maksimum nəticə: Ölkə birincisinin adı AÇIQLANDI

Sosial

24 İyun 2026 21:21 320


I və IV ixtisas qrupları (o cümlədən III qrup üzrə DT və TC altqruplarının hər ikisini seçənlər üçün coğrafiya fənni) üzrə 7 iyun tarixində keçirilən imtahanda 7 nəfər ən yüksək bal toplayıb.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin (DİM) məlumatında qeyd edilib.

I ixtisas qrupu üzrə ən yüksək nəticəni (400 bal) 5 abituriyent göstərib: pizza hut

- Burlaxatun Bəhruz qızı Məcidli (Mingəçevir şəhər Təbiət-Riyaziyyat və Humanitar Elmlər Təmayüllü Lisey);

- Leyla Samir qızı Hüseynli (Bakı şəhəri, Nizami rayonu, 238 saylı məktəb);

- Əli Eldar oğlu Mehdiyev (Gəncə şəhər Fizika, Riyaziyyat və İnformatika Təmayüllü Lisey);

- İsrafil Ramil oğlu Qənbərov (Tovuz rayonu, S.Kazımov adına Qovlar şəhər orta məktəbi);

- Nargilə İlkin qızı Zeynalova (Bakı şəhəri, Yasamal rayonu, Fizika, Riyaziyyat və İnformatika Təmayüllü Lisey).

IV ixtisas qrupu üzrə 400 ballıq maksimum nəticəyə 2 abituriyent nail olub:

- Aysu Rauf qızı Əliyeva (Sumqayıt şəhər Təbiət Elmləri Təmayüllü Gimnaziya);

- Ayan Xəqani qızı Hümbətova (Bakı şəhəri, Nizami rayonu, 220 saylı məktəb-lisey).

Qeyd edək ki, Burlaxatun Bəhruz qızı Məcidli hər iki mərhələnin cəminə görə I ixtisas qrupu üzrə maksimum nəticəni (700 bal) göstərən abituriyentdir. O, imtahanın birinci mərhələsində 300 bal toplayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!