İnsanlar virusa daha çox bu yerlərdə yoluxur 

saytların hazırlanması

Evə çatdırılma

İnsanlar virusa daha çox bu yerlərdə yoluxur 

Sosial

08 Oktyabr 2021 08:59 895


Rusiyada hər gün kovidə yoluxanlar və ölənlərin sayı artır. Ekspertlər artıq dördüncü dalğanın başladığını bildirir.

“Yeni Sabah” Medicina.az-a istinadən xəbər verir ki, immunoloq həkim, professor Andrey Prodeus insanların ən çox işdə, restoranda və evdə virusa yoluxduğunu açıqlayıb:

“Virus insandan insana yaxın məsafədən, qapalı yerdə, ağzı maskasız ünsiyyət və danışıq zamanı hava-damcıların ətrafa yayılmasından yoluxur. Bu isə daha çox evlərdə, ofislərdə mümkündür. Yoluxduruculuq üçün insanın 15 dəqiqə xəstə yanında ağzı açıq dayanıb söhbət etməsi kifayətdir. Toyuqlu pizza

Ona görə də çöldə, avtobusda maska taxdım, əllərimi yumuşam, mənə virus keçməz deyirsizsə, yanılırsız. Siz ağlınıza gəlməyən yaxın bir adamdan yoluxursuz. Bu sizin ətrafınızdır. Ona görə peyvəndlənin ki, evdə, işdə rahat olasız”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!