İnternet bahalaşdı - Tarif Şurasının qərarı

saytların hazırlanması

Evə çatdırılma

İnternet bahalaşdı - Tarif Şurasının qərarı

Sosial

26 Oktyabr 2022 17:05 1451


Tarif (Qiymət) Şurasının bu gün keçirilmiş növbəti iclasında Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin internet, xüsusi radiorabitə, “AzStateNet” fiber optik şəbəkəsindən istifadə və digər xidmətlər üzrə tariflərə baxılması ilə bağlı müraciətinə baxılıb.

Yenisabah.az Şuraya istinadla xəbər verir ki, müraciətdə dövlət qurumlarının etibarlı rabitə ilə təmin edilməsi üçün yeni xidmətlərin yaranmasına və onlara çəkilən xərclər nəzərə alınmaqla tarif tənzimlənməsinə zərurət yarandığı bildirilib.

Xidmətlə bağlı son tarif tənzimləməsinin 24 noyabr 2011-ci il tarixində həyata keçirildiyi nəzərə alınaraq təklif olunan tariflərin qəbul olunması məqsədəuyğun hesab edilib. Bu xidmətlər yalnız dövlət orqanlarına göstərildiyi üçün bu tariflər əhaliyə və sahibkarlıq subyektlərinə şamil edilmir. pizza mizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!