“İntihar edən qazi deyil“ - Cəlilabad İH

saytların hazırlanması

Evə çatdırılma

“İntihar edən qazi deyil“ - Cəlilabad İH

Sosial

18 İyul 2022 22:02 1093


Sosial şəbəkələrdə Əzizov Səlamət Yaşar oğlunun intiharı ilə bağlı məlumat yayılıb. Onun Vətən müharibəsi iştirakçısı olduğu iddia edilib.

Yenisabahş.az xəbər verir ki, Cəlilabad Rayon İcra Hakimiyyətindən "Qafqazinfo"ya bildirilib ki, rayonun Mikayıllı kəndində qeydiyyatda olan, lakin Uzuntəpə kəndində yaşayan, 2002-ci il təvəllüdlü Əzizov Səlamət Yaşar oğlu Uzuntəpə kəndində yaşadıqları evin həyətində intihar edib:

"Səlamət Əzizov ikinci Qarabağ müharibəsində iştirak etməyib. Mərhumun intihar etməsinin səbəbi hüquq  mühafizə orqanları tərəfindən araşdırılır. pizza

Əlavə olaraq bildiririk ki, Səlamət Əzizov işi ilə əlaqədar Bakı şəhərində qardaşları ilə birlikdə yaşayıb və bir həftəyə yaxın müddətdir ki, Cəlilabad rayonuna anasının ziyarətinə gəlmişdi. İndiyə qədər onun rayon icra hakimiyyətinə heç bir müraciəti daxil olmayıb".

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!