İran millisi FIFA-dan şikayətləndi

saytların hazırlanması

Evə çatdırılma

İran millisi FIFA-dan şikayətləndi

İdman

21 İyun 2026 18:59 196


Futbol üzrə İran millisinin baş məşqçisi Əmir Qalenoy FIFA tərəfindən komandaya qarşı olan münasibətdən gileylənib.

"Yeni Sabah" xəbər verir ki, bu barədə "Globo Esporte" nəşri məlumat yayıb.

İranlıların çalışdırıcısı bildirib ki, DÇ-2026 çərçivəsində Belçika ilə keçiriləcək oyunöncəsi komandaya qarşılaşmanın baş tutacağı şəhərə daha erkən gəlməyə icazə verilməyib. Belçikalılar artıq cümə günündən bəri şəhərdə olduqları halda, İran seçməsi oyunun keçiriləcəyi Los-Ancelesə yalnız şənbə günü, iyunun 20-də gəlib çıxa bilib. Toyuqlu pizza

Qalenoy qeyd edib ki, FIFA onun komandasına cümə günü Meksikadan reys təşkil edəcəyinə söz versə də, buna əməl etməyib.

"Mənə zəng edib soruşdular: "Saat 18:00-a reys tapsaq, hazırsınız?" Mən razılaşdım, amma biz oturub saat 19:00-a qədər gözlədik, heç nə baş vermədi. FIFA əlindən gələni edir, lakin bu, onlarda hər şeyin alındığı mənasına gəlmir", - deyə Qalenoy bildirib.

Baş məşqçi, həmçinin İran millisinə qarşı tətbiq edilən mövcud məhdudiyyətləri də ədalətsiz adlandırıb. Belə ki, komandaya oyun günləri istisna olmaqla, digər vaxtlarda ABŞ-də qalmaq qadağan edilib.

"İstərdik ki, optimal formaya düşmək üçün bizə ilk oyundan iki həftə əvvəl buraya uçmağa icazə versinlər. Biz bu imkandan məhrum edildik. Bu, ədalətsizlikdir. Ümid edirəm ki, bu cür davranış dünya çempionatlarında oturuşmuş bir normaya çevrilməyəcək", - deyə Qalenoy vurğulayıb./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!