İranda zəlzələ nəticəsində xəsarət alanların sayı artdı

saytların hazırlanması

Evə çatdırılma

İranda zəlzələ nəticəsində xəsarət alanların sayı artdı

Dünya

01 May 2025 18:45 329


Bu gün səhər saatlarında İranın Xorasan Rəzəvi əyalətində baş verən zəlzələ nəticəsində xəsarət alanların sayı 29 nəfərə çatıb.

Yenisabah.az xəbər verir ki, bu barədə "Azad İran" "Telegram" kanalında məlumat verilib.

Sözügedən əyalətin Türbət Heydəriyyə şəhərində 23 nəfərin, Roştxarda dörd nəfərin, Qonbəd və Taybad şəhərlərində isə iki nəfərin xəsarət aldığı bildirilib.

Qeyd edilib ki, insanların zəlzələ zamanı qaçması və izdiham yaranması onların xəsarət almasına səbəb olub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!