İranın Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) qoşulma ehtimalı vacibdir, çünki bu ölkə regionda təhlükəsizliyin mühüm elementidir.
Yenisabah.az xəbər verir ki, bunu Rusiya Prezidenti yanında Xarici Əlaqələr Şurasının üzvü Boqdan Bezpalko deyib.
O bildirib: “İran strateji əhəmiyyətli müttəfiqdir. Onun köməyi ilə Yaxın Şərqdə irəliləmək və möhkəmlənmək, Qafqaz və Mərkəzi Asiya üzrə düşmən dövlətlərin təsirinin qarşısını almaq mümkündür. İran İraqın məğlubiyyətindən və amerikalıların Suriyaya faktiki müdaxiləsindən sonra yaranan və indi hamının terrorçu kimi tanıdığı təşkilatlarla mübarizə aparır”. Toyuqlu pizza
“İranın region üçün hər hansısa təhlükə mənbəyi ola biləcəyi ehtimalını da düşünmürəm”, – deyə Bezpalko əlavə edib.
Telegram kanalımız