İranla əvvəlki sazişin şərtləri artıq məqbul deyil - Tramp

saytların hazırlanması

Evə çatdırılma

İranla əvvəlki sazişin şərtləri artıq məqbul deyil - Tramp

Dünya

01 Oktyabr 2026 16:28 44


ABŞ Prezidenti Donald Tramp İranın atəşkəs təklifini rədd etdiyini bildirib.

"Yeni Sabah" Time-a istinadla xəbər verir ki, o, müsahibəsində deyib:

"1 il əvvəl razılaşa biləcəyim şeyə bu gün artıq razılıq vermərəm". Pepperoni pizza

Trampın sözlərinə görə, Tehranın təklifi Hörmüz boğazının açılmasını nəzərdə tuturdu:

"Onlar boğazı açmağı təklif etdilər. Siz təklifin bəzi elementlərini gördünüz, hərçənd hamısını yox. Amma kifayət deyil. Hətta yaxın belə deyil"

Tramp bildirib ki, B-2 bombardmançılarının İranın nüvə obyektlərinə endirdiyi zərbələrdən sonra əməliyyatı başa çatdıra bilərdi, lakin İran potensialının başqa formada bərpa olunmasına yol vermək istəmədiyi üçün fəaliyyəti davam etdirmək qərarına gəlib.

Hörmüz boğazındakı vəziyyətə toxunan Tramp bəyan edib ki, Vaşinqton Tehranın gəmiçiliyi bağlamaq hədələrindən sonra faktiki olaraq onun üzərində nəzarət qurub:

"Onlar dedilər: "Biz onu bağlayacağıq". Dedim, bağlasanız, böyük problemləriniz olacaq. Biz onu nəzarətə götürdük".

Trampın sözlərinə görə, İran ABŞ ilə razılaşma əldə etməkdə maraqlıdır, lakin o özü "əsl sövdələşmə" arzulayır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!