İrəvanda Türkiyə bayrağı yandırıldı - Paşinyandan   REAKSİYA

saytların hazırlanması

Evə çatdırılma

İrəvanda Türkiyə bayrağı yandırıldı - Paşinyandan REAKSİYA

Siyasət

23 Aprel 2026 23:33 168


Ermənistanın Baş naziri Nikol Paşinyan bayraq yandırma praktikasını qınayır, bunu məsuliyyətsiz və qəbuledilməz adlandırır.

"Yeni Sabah" xəbər verir ki, bunu Baş nazirin mətbuat katibi Nazeli Baqdasaryan deyib.

"Baş nazir Paşinyan bu praktikanı qınayır, onu məsuliyyətsiz və qəbuledilməz adlandırır. Beynəlxalq səviyyədə tanınmış bir dövlətin, xüsusən də qonşu ölkənin bayrağının yandırılmasını dövlət başçısı fərqli qiymətləndirə bilməz. Bu, açıq-aydın təxribatçı və gərginlik yaradan davranışdır", - deyə o bildirib.

Qeyd edək ki, İrəvanda qondarma “erməni soyqırımı qurbanlarının xatirəsinə" həsr edilmiş məşəl yürüşü öncəsi Türkiyə bayrağı yandırılıb./Axar.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!