İşdən çıxarılan nazir müavini danışdı: “Bunu zaman göstərəcək”

saytların hazırlanması

Evə çatdırılma

İşdən çıxarılan nazir müavini danışdı: “Bunu zaman göstərəcək”

Sosial

01 Fevral 2021 16:52 1047


“Mənim vəzifədən getməyimlə bağlı nazirlik tərəfindən nə açıqlama verilibsə, mətbuatda nə yazılıbsa bu, kifayətdir. Həmin açıqlamanı verərkən məndən soruşub hazırlayıblar. Buna hansısa əlavəm yoxdur”.

Yenisabah.az xəbər verir ki, bunu Modern.az-a açıqlamasında Təhsil nazirinin müavini vəzifəsindən azad edilmiş Məhəbbət Vəliyeva bildirib.

Bundan sonra hansı sahədə fəaliyyət göstərəcəyinə gəlincə, M.Vəliyeva hər şeyi zamanın ixtiyarına buraxdığını deyib: Dominos pizza

“Bunu zaman göstərəcək, indidən nəsə deyə bilmərəm”.

Sabiq müavin həmçinin, sosial şəbəkələrdə hicaba keçməsilə bağlı yayılan məlumatı şərh etməyib.

Qeyd edək ki, Məhəbbət Vəliyeva 2018-ci ilin iyun ayında təhsil nazirinin müavini təyin edilmişdi. 28 dekabr 2015-ci il tarixdən həmin təyinatadək isə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri vəzifəsində çalışmışdı.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!