Son vaxtlar həm taksi xidmətinin bahalaşması, həm də şəhərdə insan və nəqliyyat sıxlığının artması səbəbilə bir çox paytaxt sakini yolu alternativ nəqliyyat vasitələri - skuterlərlə getməyə üstünlük verir.
Yenisabah.az xəbər verir ki, onlardan biri də Xəzər telekanalında yayımlanan "Xəbər ertəsi" verilişinin müxbiri Ayşən Sərdarqızıdır.
Verilişdə qonaq olan Ayşən bu addımı büdcəsinə qənaət etmək üçün atdığını bildirib: pizza sifarişi
"Bu, əslində mənim üçün bir məcburiyyət oldu. Taksi xidmətləri ikiqat bahalaşdı, mən qısa məsafə qət edib işə gəlirdim və bu məsafə üçün həmin ödənişi etmək ağır gəlirdi. İctimai nəqliyyat da eyni vəziyyətdədir, gərək avtobusu yarım saat gözləyəsən, dolu olanda minə bilmirsən və işə çatmırsan, yenidən yarım saat gözləməyə məcbur olursan. 10 dəqiqəlik məsafəni 1 saata getməkdənsə, düşündüm ki, skuter alım və ondan istifadə edim. Əvvəl 6 km məsafə üçün taksiyə 1-1.20 manat arası pul ödəyirdimsə, indi bu məbləğ 4-5 manatdır. Aylıq taksiyə verəcəyim pulu, indi skuterin kreditinə verirəm. İlk istifadədə mənə çətin gəlirdi. Çünki yola çıxırsan və artıq yol iştirakçısı olursan, avtomobillərlə yanaşı gedirsən. Əvvəlcə çətin gəlirdi, hətta qorxurdum. Amma artıq öyrəşmişəm".
O, yolda bəzən insanların ona söz atmasından da gileylənib:
"Bəzən bu cür hallarla qarşılaşıram. Mən normal şəkildə yolumu gedirəm, yol kənarında dayanan hansısa şəxs deyir ki, "Səni maşın vurar, diqqətli ol". Halbuki o sözü deməsə, mənim fikrim yayınmayacaq. Amma bu cür söz atmalar məni çox çaşdırır. Lakin bugünə kimi aşağılayıcı reaksiyalarla qarşılaşmamışam, ümid edirəm, bundan sonra da qarşılaşmaram. Adətən, avtomobil idarə edən həmcinslərim maraqla baxırlar".
Həmin görüntüləri təqdim edirik:
Telegram kanalımız