İsrail Türkiyədəki diplomatlarını geri çağırır

saytların hazırlanması

Evə çatdırılma

İsrail Türkiyədəki diplomatlarını geri çağırır

Dünya

28 Oktyabr 2023 20:55 796


İsrail Türkiyə siyasi rəhbərliyinin, xüsusən də ölkə Prezidenti Rəcəb Tayyib Ərdoğanın son bəyanatları fonunda ikitərəfli münasibətləri yenidən qiymətləndirmək üçün Türkiyədən diplomatlarını geri çağırır.

Yenisabah.az TASS-a istinadən xəbər verir ki, bunu İsrailin xarici işlər naziri Eli Koen deyib.

Nazir Türkiyənin bəyanatlarının kəskinləşməsi fonunda İsrail-Türkiyə münasibətlərini yenidən qiymətləndirmək üçün diplomatik nümayəndələrini Türkiyədən geri çağırmaq barədə göstəriş verdiyini açıqlayıb. pizza sifarişi

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda keçirilən mitinqdə çıxışı zamanı İsrailin Qəzza ilə bağlı addımlarını kəskin tənqid edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!