İsrailin KAN telekanalının yayımladığı video təpkiyə səbəb olub.
Yenisabah.az xəbər verir ki, sosial şəbəkə istifadəçiləri mahnıda zorakılıq və soyqırım mesajlarının olduğunu bildirərək tənqid ediblər.
Noyabrın 20-də Dünya Uşaq Hüquqları Günündə 6-12 yaş arası uşaqların ifasında "Qəzzanı məhv et" çağırışlı mahnının sözlərində Qəzzaya dair "orada heç nə qalmayacaq" mesajı verilib.
Sosial mediadakı təpkidən sonra o, platformadan silinib.
Telegram kanalımız