Türkiyənin İstanbul şəhərində zəlzələ baş verib.
“Yeni Sabah” xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Bildirilib ki, yeraltı təkanlar Mərmərə dənizində 5,1 bal gücündə qeydə alınıb.
Zəlzələ İstanbul, Bursa və Tekirdağ başda olmaqla bir çox rayonda hiss olunub.
Qeyd edək ki, zəlzələnin episentri Gemlik, maqnitudası 4,8 km olub.
Dağıntılar və tələfat barədə məlumat yoxdur.
Şəhərin valisi Davut Gül deyib ki, zəlzələ nəticəsində İstanbulda hansısa itki və dağıntı olmayıb.
Onun sözlərinə görə, müvafiq qurumlar prosesə cəlb olunub: “Hələ ki bizdə hansısa neqativ nəticə barədə məlumat yoxdur”.

Telegram kanalımız