Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev mayın 1-də Ədalət Fərəcovun 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilməsi barədə sərəncam imzalayıb. O, Azərbaycanın ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə təltif olunub.
“Yeni Sabah” xəbər verir ki, Ədalət Nurulla oğlu Fərəcov 1936-cı ildə Masallı rayonunun Öncəqala kəndində anadan olub.
O, Azərbaycan Dövlət Pedaqoji Universitetində kafedra müdiri və professor kimi fəaliyyət göstərib, uzun illər ali təhsil sahəsində pedaqoji kadrların hazırlanmasında iştirak edib.
Alim bundan əvvəl “Tərəqqi” medalı ilə təltif olunub və Prezident təqaüdçüsü statusuna layiq görülüb. Onun fəaliyyəti əsasən pedaqoji elmin inkişafı və müəllim hazırlığı istiqamətində olub.
Əsmətxanım Rzazadə
Telegram kanalımız