“Ölkədə 90 faiz məktəbdə internet təchizatı var”.
“Yeni Sabah” xəbər verir ki, bunu "İctimai proseslər media müstəvisində” mövzusunda 3-cü forumda çıxış edən Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdir müavini, Rəqəmsal kommunikasiya, qurum və tərəfdaşlarla iş sektorunun müdiri Ayla Həsənova-Məmmədova deyib. O bildirib ki, Rəqəmsal təhlükəsizlik məsələsi təhsil kurrikuluma inteqrasiya edən kompanenetə çevirilib:
“Ümumi təhsil müəssisələrində dərsliklərin formatında müəyyən biliklərin verilməsinə dair komponentlər əlavə edilib. Bununla yanaşı daha təkmil fəaliyyətlərin həyata keçirilməsi üçün bir neçə sistemli layihələrə başlanılıb. 2018-ci ildə 32 şagirdə bir kompüter düşürdüsə, 2026-cı ildə bu rəqəmi 6 şagird etməyi düşünürük.
Ölkədə 4500-ə qədər məktəbin 2500-dən çoxu geniş optikli fiber internetlə təmin edilib. 90%-ə qədər məktəblərin internet təchizatı var”.
Telegram kanalımız