İstirahət mərkəzində toy məclisi aşkarlandı

saytların hazırlanması

Evə çatdırılma

İstirahət mərkəzində toy məclisi aşkarlandı

Kriminal

05 Aprel 2021 15:39 771


Tərtər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən karantin rejimi qaydalarının pozulması hallarının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Yenisabah.az-a verilən məlumata görə, Tərtər RPŞ-nin əməkdaşları tərəfindən həyata keçirilmiş tədbirlər zamanı rayonun Xoruzlu kənd sakini Ziyəddin Əbdülkərimovun şəhər ərazisindəki istirahət mərkəzində qonaqların iştirakı ilə oğluna toy məclisi təşkil etdiyi müəyyən edilib.

Bundan başqa Tərtər RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş digər tədbirlərlə rayonun Düyərli kənd sakini Namiq Vəliyevin şəhər ərazisindəki restoranların birində qardaşına toy məclisi təşkil etdiyi də müəyyən edilib. Pepperoni pizza

Hər iki toyun təşkilatçısı barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunub, məclisin iştirakçılarına isə xəbərdarlıq edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!