İsveçrə hökuməti Rusiyanın 7,5 milyard frank (8,1 milyard dollar) dəyərində aktivlərini bloklayıb.
Yenisabah.az TASS-a istinadla xəbər verir ki, bu barədə ölkənin İqtisadiyyat üzrə Dövlət Katibliyinin (SECO) sözçüsü Markus Sporndli məlumat yayıb.
O qeyd edib ki, ölkənin İqtisadiyyat Nazirliyi "Credit Suisse" tərəfindən 17,6 milyard İsveçrə frankına (19 milyard dollardan çox) Rusiya aktivlərinin bloklanmasına münasibət bildirməkdən çəkinir. pizza sifarişi
Spondlinin sözlərinə görə, "Credit Suisse"in açıqladığı məlumatlara təkcə İsveçrə sanksiyalarına görə bloklanan vəsaitlər deyil, həm də digər ölkələrdə sanksiyalara məruz qalan şəxslərə və təşkilatlara məxsus vəsaitlər daxildir.
Telegram kanalımız