“Joker“in davamı çəkiləcək - Rejissordan paylaşım

saytların hazırlanması

Evə çatdırılma

“Joker“in davamı çəkiləcək - Rejissordan paylaşım

Şou

08 İyun 2022 14:55 1042


2019-cu ildə rekordları qıran "Betmen"in əzəli düşməni "Joker" davamı ilə geri qayıdır.

Yenisabah.az xəbər verir ki, rejissor Todd Filips sosial mediada paylaşım edərək kinosevərlərə ikinci film üçün hazırlıqların başladığını açıqlayıb.

Filips sosial şəbəkədə "Joker: Folie à Deux" adlı foto paylaşıb. Daha sonra o, ssenarini oxuyan Feniksin şəklini paylaşıma əlavə edib. Dominos pizza

Daha əvvəl 11 nominasiya üzrə Oskar mükafatına namizəd olan filmin yeganə film olaraq qalacağı bildirilmişdi, lakin onun ekranlara çıxması və kassada diqqəti üzərinə çəkməsi ilə ikinci filmin xəbərləri gəlməyə başlayıb.

Süjetlə bağlı hələlik heç bir məlumat paylaşılmayıb, lakin "Folie à Deux"un "iki nəfər üçün dəlilik" demək olması diqqət çəkib.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!