Kamal Abdulla qalmaqallı dekanı yenisi ilə əvəz etdi

saytların hazırlanması

Evə çatdırılma

Kamal Abdulla qalmaqallı dekanı yenisi ilə əvəz etdi

Sosial

13 Fevral 2019 16:46 836


Аzərbаycаn Dillər Univеrsitеtinin (ADU) Filologiya və jurnalistika fakültəsinin dekan vəzifəsini filologiya üzrə fəlsəfə doktoru Aygün Yusifova icra edir.

Bunu ADU-nun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Ağa Cəfərli deyib. 

O bildirib ki, dekan vəzifəsinin müvəqqəti icrası Beynəlxalq münasibətlər və idarəetmə fakültəsi nəzdində Xarici dillər kafedrasının baş müəllimi, filologiya üzrə fəlsəfə doktoru Aygün Yusifovaya həvalə olunub. pizza mizza

Qeyd edək ki, ADU-nun Filologiya və jurnalistika fakültəsinin dekanı vəzifəsini tutmaq üçün müsabiqə elan edilib. 

Xatırladaq ki, fakültənin dekanı Vüsalə Ağabəyli bir neçə gün bundan öncə işində yol verdiyi ciddi nöqsanlara görə vəzifəsindən azad olunub.

Report

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!