“Kazbekə şey basım fırranım”la hara qədər getmək olar?

saytların hazırlanması

Evə çatdırılma

“Kazbekə şey basım fırranım”la hara qədər getmək olar?

Şou

31 Mart 2019 17:44 1922


“2015- ci ildə Vyanada Avropa Psixiatriya Kongressində iştirakım zamanı şəhər gəzintisində Vyana Operasını da ziyarət etdik. Həmin vaxt məşhur "Toska" operası səhnəyə qoyulmuşdu. İlk hissəyə çətinliklə baxandan sonra başa düşdüm ki, mən hələ operanın dərk edəcək qədər intellektə sahib deyiləm”.

“Yeni Sabah” xəbər verir ki, bunu məşhur psixoloq Orxan Fərəcli “Kazbekə şey basım fırranım” səviyyəsində olan mahnının trendə çevrilməsinə münasibət bildirərkən deyib. O, qeyd edib ki, insan mahiyyəti etibarı ilə primitivliyə meyillidir. Sadə ritmlər və sadə sözlər hər zaman cəlb edir: “Məsələn “Ayrılıq bir dənizmiş, sən uzaq yaşıl ada” kimi bir sevgi misrasını intellekti azca aşağı olan adam üçün mənimsəmək çətindir, nəinki, “O mənim olmalıdır ya heç kimin olmamalı””.

Psixoloq bildirir ki, dolayısı ilə intellekt yüksəldikcə “dıkkıtı- pışıt” ritmindən Emin Sabitoğlu səviyyəsinə çıxmaq an məsələsi olur. Az biraz yüksəlmə isə insanı “Toska”nı dinləyəcək levelə çatdırır.  Sezar pizza

“Məlum videodakı ritmin və sözlərin primitivliyi onu müəyyən kütlə arasında populyar etdi. Qorxmaq və narahat olmaq lazım deyil. Bu kütlə dünyanın hər yerində həmişə olub. Yəqin ki, hələ uzun illər çeçələ barmaqlarının dırnaqını uzadaraq, şalvarların balağını yığdırararaq, alınlarına tellərini tökərək, süni romantikaları, ucuz əyləncələri ilə aramızda olacaqlar.

Yurdumuzun insanı olaraq narahatçılıq onda lazım olacaq ki, Elza İbrahimova, Emin Sabitoğlu, Üzeyir bəy, Vaqif Səmədoğlu, Ramiz Rövşən və ya Musa Yaqub yetişməyəcək. Bax o zaman həyəcan təbili çalmaq labüd olacaq.

O kütlənin yüz min nəfərini 1 Ramiz Rövşən hesab edib mübarizəyə davam deyirəm”. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!