Keçmiş baş nazirə 18 il həbs verildi

saytların hazırlanması

Evə çatdırılma

Keçmiş baş nazirə 18 il həbs verildi

Dünya

10 İyun 2020 07:41 749


Qırğızıstanın keçmiş Baş Naziri Sapar İsakov korrupsiya əməllərinə görə 18 il müddətinə azadlıqdan məhrum edilib.

“Yeni Sabah” xəbər verir ki, İsakov Bişkekdə Tarix muzeyinin və Çolpon-Atada ippodromun yenidən qurulmasında korrupsiyada təqsirli bilinib. 

2019-cu ilin dekabr ayında İsakov Bişkekdə İES-in yenidən qurulması işi üzrə 15 il müddətinə azadlıqdan məhrum edilmişdi. İndi həmin müddət daha üç il artırılıb.  Marqarita pizza

Həmçinin, keçmiş Baş Nazir dövlətə 247,6 milyon som (3,3 milyon dollar) ödəməli olacaq.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!