Keçmiş baş naziri partiyadaşları döyüb - İddia

saytların hazırlanması

Evə çatdırılma

Keçmiş baş naziri partiyadaşları döyüb - İddia

Dünya

12 Dekabr 2024 15:14 369


Gürcüstanın keçmiş Baş naziri, “Gürcü Arzusu”nun sədri İrakli Qaribaşvili ciddi xəsarətlərlə Tbilisidəki Amerikan xəstəxanasına yerləşdirilib.

Yenisabah.az xəbər verir ki, bu iddia "Mtavari arxi" kanalına məxsusdur.

Telekanalın məlumatına görə, "Gürcü arzusu" partiyasında əlbəyaxa dava olub. İrakli Qaribaşvilinin travmatologiya şöbəsində olması barədə sözügedən telekanalın efirində Bidzina İvanişvilinin birgə investisiya fondunun keçmiş sədri Giorgi Baçiaşvili də danışıb. pizza sifarişi

“Gürcü Arzusu” funksionerləri eks-baş nazirin idman zamanı aldığı zədəyə görə xəstəxanaya yerləşdirildiyini bildiriblər. Hakim partiya yayılan xəbəri dezinformasiya adlandıraraq ictimaiyyəti yalana əhəmiyyət verməməyə çağırıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!