Ermənistan Ordusunun Baş Qərargahının keçmiş rəhbəri Onik Qasparyan Azərbaycanla 44 günlük müharibədən əvvəl ölkə ordusunun döyüş qabiliyyətinə dair fikirlər səsləndirdiyinə görə generalları qınayan Baş nazir Nikol Paşinyana cavab verərək, hökumət başçısının yalanlarını ifşa edib.
Bu barədə “Report” yerli mətbuata istinadən xəbər verir.
Ermənistan Ordusunun Baş Qərargahının keçmiş rəhbəri müharibəyə hazırlıq və aparılması ilə bağlı məsələlərin ictimai müzakirəsini yolverilməz hesab edib. Onun sözlərinə görə, Baş nazir təkcə Silahlı Qüvvələrin fəaliyyətini deyil, həm də bütün dövlət idarəetmə sisteminin fəaliyyətini təmsil etməli, müsbət və mənfi cəhətləri, habelə uğursuzluqların obyektiv və subyektiv səbəblərini qeyd etməlidir. Toyuqlu pizza
Qasparyan ordunun döyüş qabiliyyətini artırmaq üçün irəli sürdüyü təklifləri ətraflı sadalayıb.
O, xüsusilə qeyd edib ki, 2020-ci il iyulun 4-də Silahlı Qüvvələrin Baş Qərargahında Baş nazirə və Milli Təhlükəsizlik Şurasının üzvlərinə hazırkı hərbi sahədə əlavə tədbirlərin görülməsinin zəruriliyi ilə bağlı hesabat təqdim edib.
Telegram kanalımız