Keçmiş Bələdiyyə sədri yeni vəzifəyə təyin olundu -   Foto

saytların hazırlanması

Evə çatdırılma

Keçmiş Bələdiyyə sədri yeni vəzifəyə təyin olundu - Foto

Hadisə

23 Yanvar 2021 12:26 1068


Sumqayıt Bələdiyyəsinin keçmiş sədri Sultan Əsədov yeni vəzifəyə təyin olunub.

Yenisabah.az xəbər verir ki, ötən həftə Sumqayıt Bələdiyyəsinin sədri vəzifəsindən istefa verən Sultan Əsədov yeni posta təyin olunub. O, bundan sonra Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı yanında Sərnişindaşıma və Nəqliyyat İdarəsinin rəisi vəzifəsini tutacaq.

S. Əsədov Yeni Azərbaycan Partiyasının üzvüdür. 2009-cu və 2014-cü illərdə Sumqayıt Bələdiyyəsinə üzv seçilib və sədr müavini işləyib. 21 aprel 2016-cı il tarixində keçirilən iclasda qurumun sədri məsələsi səsverməyə çıxarılıb və S. Əsədov Sumqayıt Bələdiyyəsinin sədri vəzifəsinə seçilib. Ötən həftə o, öz ərizəsi ilə sədr vəzifəsindən azad olunub. Pepperoni pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!