Keçmiş deputatın oğlu YAP-ın namizədi oldu 

saytların hazırlanması

Evə çatdırılma

Keçmiş deputatın oğlu YAP-ın namizədi oldu 

Siyasət

17 İyul 2024 17:14 818


Hakim Yeni Azərbaycan Partiyası (YAP) 1 sentyabrda keçiriləcək növbədənkənar parlament seçkiləri üçün özünün namizədlər siyahısını açıqlayıb. 

Modern.az-ın məlumatına görə, siyahıda xeyli maraqlı adlar var. Onlardan biri də 20 saylı Nərimanov ikinci seçki dairəsindən namizədliyi irəli sürülən Samir Əhməd oğlu Vəliyevdir. 

Qeyd edək ki, Samir Vəliyev keçmiş deputat, Odlar Yurdu Universitetinin rektoru, professor Əhməd Vəliyevin böyük oğludur.  pizza sifarişi

O, 2021-ci ilin sentyabr ayında YAP Nərimanov rayon təşkilatına sədr seçilib. 

Samir Vəliyev həm də Odlar Yurdu Universitetinin Müşahidə Şurasının sədridir. 

Ə.Vəliyevin digər oğlu Munir Vəliyev isə Odlar Yurdu Universitetinin 1-ci prorektorudur. Onların hər ikisi profesordur. 

Əhməd Vəliyev Milli Məclisin üçüncü (2005–2010) və dördüncü  (2010–2015) çağırış deputatı olub. O, 2005-ci ildə 31 saylı Siraxanı ikinci seçki dairəsindən, 2010-cu ildə isə 107 saylı Qazax seçki dairəsindən deputat seçilmişdi. 

Qeyd edək ki, Vəliyevlərə məxsus 1992-ci ildən fəaliyyət göstərən “Muğan Bank” 2023-cü ildə müflis elan olunaraq bağlanıb. 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!