Keçmiş döyüşçülər etiraz edir - Video

saytların hazırlanması

Evə çatdırılma

Keçmiş döyüşçülər etiraz edir - Video

Xalqın səsi

01 İyun 2021 15:29 4897


Bu gün, iyunun 1-də Qarabağ müharibəsinin bir qrup keçmiş iştirakçısı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qarşısına toplaşıblar.

Onlardan özünü Nazim Cavadov kimi təqdim edən şəxs deyib ki, müharibədən qayıdandan sonra işsizdir. Həmin şəxs qeyd edib ki, Qarabağdan qayıdandan sonra onu iş yerinə bərpa etməyiblər.

Jurnalistlərin suallarına cavab verən keçmiş müharibə iştirakçıları özünüməşğulluq proqramından ötrü müraciət etsələr də, bu məsələnin həll olunmamasından danışıblar. Sezar pizza

Şikayətçilər dövlətin onlara sahib çıxmamasından gileyləniblər. "Bu ölkə varlılarındır. Onlar at oynadır, kasıblar isə Qarabağda bayraq qaldırıb, sonra acından ölürlər", - şikayətçilərdən biri vurğulayıb.

Daha sonra şikayətçilər nazirliyə dəvət ediliblər. Onları Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində qəbul ediblər.

Şikayətlərə, hələlik, bu nazirlikdən və başqa cavabdeh qurumlardan münasibət almaq mümkün olmayıb. Amma bundan əvvəl nazirlikdən bildirilib ki, İkinci Qarabağ müharibəsində həlak olmuş şəxslərin ailələrinə, yaralılara özünüməşğulluq proqramı çərçivəsində də sosial dəstək göstərilir: "Müharibədən sonrakı dövrdə həmin kateqoriyalardan olan 1700-dən çox şəxs növbədənkənar olmaqla, özünüməşğulluq proqramına cəlb olunub. Onlardan 900-ü şəhid ailələrinin üzvləridir. Eyni zamanda, şəhid ailəsi üzvləri və qazilərdən ibarət 300 şəxsin məşğulluq məsələləri operativ şəkildə həll olunub. Onlar ödənişli ictimai işlər və əmək haqlarının bir hissəsinin birgə maliyyələşdirilməsi proqramları çərçivəsində işlə təmin ediliblər".

Özünüməşğulluq proqramında vətəndaşlar, əsasən, dövlət hesabına iri- və xırdabuynuzlu mal-qara ilə təmin edilirlər. 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!