Keçmiş əri Tünzaləyə cavab verdi: “Mən indi o qadını...” 

saytların hazırlanması

Evə çatdırılma

Keçmiş əri Tünzaləyə cavab verdi: “Mən indi o qadını...” 

Şou

14 Aprel 2021 09:20 7567


Xalq artisti Tünzalə Ağayevanın keçmiş həyat yoldaşı, rejissor Rəhman Əliyev barədə dedikləri cavabsız qalmayıb.

“Yeni Sabah” xəbər verir ki, Lent.az-a açıqlama verən R.Əliyev keçmiş həyat yoldaşı T.Ağayeva barədə bu sözləri deyib:

“Mənim indi o qadını düşünməyə, müzakirə etməyə zamanım yoxdur. Onun mənimlə bağlı sonuncu açıqlaması sosial şəbəkələrdə paylaşıldı. Həmin paylaşımların altında yazılan rəylərə diqqət yetirsəniz, görəcəksiniz ki, insanlar mənim yerimə onun cavabını verib. Bu gün ona elə sözlər, elə açıqlamalar verərdim ki... Amma ortada qızımız var. Övladıma görə ona dillənmirəm. Susmağım, artıq sözlər deməməyim ona cavab olsun”.   pizza

Qeyd edək ki, T.Ağayeva “Dəyişən cavab” verilişində keçmiş həyat yoldaşı R.Əliyev barədə bu sözləri demişdi:

“O, övladının anası, ömür-gün yoldaşı Tünzalənin şəxsiyyətinə hörmətsiz yanaşdı. Bax, həmin anda ondan tamamilə qırıldım. Çox ehtiyatsız, kişiyə yaraşmayan bir hərəkət etdi. "Mənlə yaşamırdısa, həyat məhv olmalıdı" deyə, düşünürdü. Mənim haqqımda mediada xəbərlər yazdırırdı, onlara pul verirdi, imicimə xələl gətirmək istəyirdi".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!