Amerikanın Nyu-Cersi ştatının Hakettstoun şəhərində bir qadın keçmiş ərini bir oyuncaq vasitəsilə izləyib.
"Yeni Sabah" xəbər verir ki, bu barədə "The Sun” qəzeti məlumat yayıb.
33 yaşlı Hizer Bamford övladını keçmiş əri Dominikin yanına "Mikki Maus” oyuncağı ilə göndərib və orada səsyazma cihazını gizlədib. Sezar pizza
Uşaq oyuncağa vurarkən Dominik birdən səsini eşidib və bundan sonra izlənildiyini anlayıb. O, keçmiş həyat yoldaşının gizli əməlinin üstü açılandan sonra polisə müraciət edib.
Dörd gün sonra Bamford həbs olunuib. Qadın Dominiki gizli dinləmək və təcavüz etməkdə ittiham edilib. Lakin Bamfordun keçmiş həyat yoldaşını nə qədər izlədiyi müəyyən edilməyib.
Faktla bağlı istintaq gedir. /teleqraf
Telegram kanalımız