Keçmiş futbolçu qəza keçirdi

saytların hazırlanması

Evə çatdırılma

Keçmiş futbolçu qəza keçirdi

İdman

09 Yanvar 2025 10:17 486


Keçmiş futbolçu Emre Belözoğlu avtomobil qəzası keçirib. Qəza nəticəsində 44 yaşlı veteran yarımmüdafiəçinin ayağı ciddi xəsarət alıb.

Yenisabah.az xəbər verir ki, hadisə İstanbul şəhərində baş verib. Futbolçu ilkin müayinədən sonra evə buraxılıb.

Hazırda baş məşqçi kimi fəaliyyətini davam etdirən Emre Belözoğlu karyerası boyunca “Qalatasaray”, “İnter”, “Nyukasl”, “Fənərbaxça” və “Atletiko Madrid” kimi komandalarda çıxış edib. pizza hut

O, Türkiyə futbolunun yetişdirdiyi ən yaxşı futbolçulardan hesab edilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!