Keçmiş hakim qəza törətdiyinə görə cərimələndi

saytların hazırlanması

Evə çatdırılma

Keçmiş hakim qəza törətdiyinə görə cərimələndi

Kriminal

17 Mart 2020 09:57 2230


Şükürov Bəhram Adil oğlu Nərimanov Rayon Məhkəməsinin qərarı ilə İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 400(dörd yüz) manat məbləğində cərimə edilib. 

“Yeni Sabah”ın məlumatına görə, 1-ci instansiya məhkəməsinin qərarından narazı qalan keçmiş məhkəmə hakimi Bakı Apellyasiya Məhkəməsinə şikayət edib. Ötən gün hakim Həsən Əhmədovun sədrliyi ilə şikayətə baxılıb və 1-ci instansiya məhkəməsinin əqrarı qüvvədə saxlanılıb. 

Qeyd edək ki, inzibati xətalar məcəlləsinin 332.4-ci maddəsinin sanksiyasında nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsi nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə- dörd yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. pizza

Xatırladaq ki, Bəhram Şükürov Bakı Apellyasiya və Xətai Rayon Məhkəmələrində hakim işləyib. 2010-cu ildə isə Bəhram Şükürovun fəaliyyəti Məhkəmə-Hüquq Şurası tərəfindən qeyri-məqbul hesab edilərək səlahiyyətlərinə xitam verilib.

Azər İsrafilov


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!