Keçmiş hərbçini ev dustağı elədilər
26 Mart 2020 13:40
156

Keçmiş hərbçini ev dustağı elədilər

Keçmiş hərbçiyə dələduzluq maddəsi ilə cinayət işi başlanıb. 

Yenisabah”ın məlumatına görə, Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsinin bir neçə bəndi ilə təqsirləndirilən Hüseynov Mehman Nizami oğlunun məhkəmə prosesi Abşeron Rayon Məhkəməsində hakim Sevinc Quliyevanın sədrliyi ilə keçirilib. 

Təqsirləndirilənin müdafiəçisi Mirəyyub Qasımlının verdiyi məlumata görə, müdafiə etdiyi şəxsdən 4 nəfər şikayətçi olub, ancaq onlara dəymiş maddi ziyan ödənilib və həbsdə olan Mehman Hüseynov istintaq dövründə ev dustağlığına buraxılıb. 

Qeyd edək ki, Mehman Hüseynov əvvəllər Müdafiə Nazirliyində zabit kimi qulluq edib. 

Azər İsrafilov

 

 

Oxşar xəbərlər