Keçmiş icra başçısı vəfat etdi

saytların hazırlanması

Evə çatdırılma

Keçmiş icra başçısı vəfat etdi

Rəsmi

26 May 2019 19:19 1861


Sumqayıt şəhərinin sabiq icra başçısı vəfat edib.

Sabiq icra başçısı Təvəkkül Yaqub oğlu Məmmədov 79 yaşında dünyasını  dəyişib. T.Məmmədov uzun sürən xəstəlikdən sonra bu gün vəfat edib.

Qeyd edək ki, T.Məmmədov 1940-cı ildə Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Yarımça kəndində anadan olub. Azərbaycan Neft və Kimya İnstitunu və Ali partiya məktəbini bitirib. Bakıda "Zaqfederasiya” gəmi təmiri zavodunda işləyib. Sumqayıt Polimer tikinti materialları kombinatında növbə rəisliyindən direktor vəzifəsinə kimi yüksəlib.

1976-cı ildən 1981-ci ilədək kombinata rəhbərlik edən T.Məmmədov 1981-ci ildə Sumqayıt şəhər İcraiyyə Komitəsinin sədrinin birinci müavini vəzifəsinə irəli çəkilib. 1982-ci ilin iyun ayında İcraiyyə Komitəsinin sədri seçilib. Bu vəzifədə 1988-ci ilədək çalışıb. Sonra 3 saylı evtikmə kombinatının və Məişət kimyası zavodunun direktoru olub. 1995-ci ildən 2000-ci ilə kimi "Azərkimya” Dövlət Şirkətinin birinci vitse-prezidenti işləyib. Dəfələrlə Sumqayıt şəhər sovetinin və Ali Sovetin deputatı olub. Pepperoni pizza

2000-2003-cü illərdə isə Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı işləyib.

ONA


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!