Keçmiş icra başçısından sərt sözlər – “Heydər Əliyevi təhqir edənlər...”

saytların hazırlanması

Evə çatdırılma

Keçmiş icra başçısından sərt sözlər – “Heydər Əliyevi təhqir edənlər...”

Siyasət

28 İyul 2020 15:49 2419


“Utanmasan, oynamağa nə var ki! 1992-1993-cü illərdə Heyder Əliyevi təhqir edənlər, insanlığa yaraşmayan fikirlər söyləyən bəzi "siyasət dəllalları" bu gün özlərini Ulu Öndərin, cənab Prezident İlham Əliyevin fədaisi kimi göstərməyə çalışırlar!”. 

Yenisabah.az xəbər verir ki, bu fikirlər Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurasının üzvü, keçmiş icra başçısı Musa Musayevə məxsusdur. 

O konkret ad çəkməsə də, fikirlərindən sezilir ki, hədəfə aldığı şəxslər hazırda ya hakimiyyət komandasında təmsil olunur, ya da iqtidara yaxınlığı ilə seçilirlər.  Toyuqlu pizza

Musa Musayev həmin şəxslərə xəbərdarlıq etməyi də unutmayıb: “Bəylər, keçmişinizi yaddan çıxarmayın, tarix var və bu tarixin canlı şahidləri var! Özünüzü yığışdırın!”

Musa Musayev hakim partiyanın təmsilçisi olsa da, partiyadaşlarından tənqidi fikirləri ilə fərqlənib. O, hətta YAP-ın aparıcı simalarını da tənqid etməkdən çəkinməyib. Azərbaycan hakimiyyəti islahatlar kampaniyasına başlayanda isə hakim partiyada da proqressiv reformalara ehtiyac olduğunu bildirib. Bu fikirlərinə görə hədəfə gəlsə də, mövqeyindən geri çəkilməyib.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!