Fövqəladə Hallar Nazirliyinin Tibb Xidməti İdarəsi məhkəməyə verilib.
Valyuta.az-ın məlumatına görə, FHN Tibb İdarəsini məhkəməyə verən şəxs qurumun keçmiş əməkdaşı Xudabaxışov Laçın Fəxrəddin oğludur.
L.Xudabaxışov məhkəmədə idarə rəisi barəsində “Əmək mübahisələri - Əmək haqqı tələbi” iddiasını qaldırıb. pizza
İşə Xətai Rayon Məhkəməsinin hakimi Aygün Həsənovanın sədrliyi ilə baxılacaq.
Qeyd edək ki, FHN Tibb xidməti İdarəsinin rəisi tibb xidməti polkovniki Pərviz Vəliyevdir.
Telegram kanalımız